ABŞ-ın hərbi heyəti sabah Türkiyəyə səfər edəcək

02-08-2019 [14:42]
ABŞ-ın hərbi heyəti avqustun 3-də Türkiyəyə səfər edəcək.

"Report” "Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

"ABŞ-la anlaşmasaq, Suriyanın şimalında təhlükəsizlik bölgəni təkbaşına quracağıq”, -deyə XİN rəsmisi vurğulayıb.

O, "F-35” qırıcıları ilə bağlı məsələyə toxunaraq deyib: "Biz "F-35” layihəsinin müştərisi deyil, sahibiyik. "F-35”lə bağlı öhdəliklərimizi 2026-cı ilədək təxirə salmışıq”.


SON XƏBƏRLƏR