“Formula 1”də mərhələlərin sayı artırılır

img

02-08-2019 [14:28]


"Formula 1” üzrə dünya çempionatında mərhələlərin sayı artırıla bilər.

"Report” "Motorsport Week” nəşrinə istinadən xəbər verir ki, 2020-ci il mövsümündə mərhələlərin sayının 21 deyil, 22 olacağı gözlənilir. Artıq siyahıya Hollandiya və Vyetnam əlavə olunub. Almaniya Qran Prisi isə təqvimi tərk edəcək.

Hazırda "Formula 1” üzrə dünya çempionatı ardıcıllıqla 21 ölkədə keçirilir. Bunlar Avstraliya, Bəhreyn, Çin, Azərbaycan, İspaniya, Monako, Kanada, Fransa, Avstriya, Böyük Britaniya, Almaniya, Macarıstan, Belçika, İtaliya, Sinqapur, Rusiya, Yaponiya, Meksika, ABŞ, Braziliya və Birləşmiş Ərəb Əmirlikləridir.

Qeyd edək ki, cari mövsümdə Azərbayca Qran Prisi 26 – 28 apreldə olub. 2020-ci ildə isə Bakıdakı yarışın 5 – 7 iyunda keçiriləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR