Mədət Quliyev jurnalistə yüksək vəzifə verdi

img

02-08-2019 [13:40]


Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Müdafiə Sənayesi naziri Mədət Quliyevin əmri ilə bu vəzifəyə tanınmış jurnalist Yaşar İsakov təyin edilib.

Y. İsakov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. O, müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub.

Bundan başqa, Y. İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb/APA.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR