“Zaquzelli” alkoqolsuz içkilərin istehsalı sexi qapadıldı

img

02-08-2019 [12:48]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan şikayət əsasında Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi 85. ünvanında fəaliyyət göstərən fiziki şəxs Şükürpur Fərman Sədulla oğluna məxsus "Zaquzelli” alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib.

AQTA-dan Mia.az-a verilən məlumata görə, baxış zamanı limonad sexində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Məlum olub ki, müəssisədə istifadə edilən suyun mikrobioloji təmizlənməsi aparılmır. Eyni zamanda qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

Sexdə xammal və hazır məhsul ambarlarının, eləcə də istehsal sahəsinin sanitar-gigiyena norma və qaydalarına cavab vermədiyi, hazır məhsulların dövri laborator analizlərinin aparılmadan satışa verildiyi aşkar edilib.

İstehsal olunan "Zaquzelli” əmtəə nişanlı alkoqolsuz içkilərdən nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR