Qusarda bir tona yaxin narkotik tərkibli bitki məhv edildi

img

02-08-2019 [11:44]


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi bir tona yaxın, hündürlüyü 150-300 sm olan 581 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR