Ermənistanda 20 partiyadan ibarət yeni müxalifət bloku yaradılır

img

02-08-2019 [11:12]


Bu ilin payızında Ermənistanda 20 siyasi partiyadan ibarət yeni siyasi blok elan ediləcək.

"Report” xəbər verir ki, bunu "Past” qəzeti yazıb. 

Məqalədə qeyd olunub ki, hazırda səhnəarxası danışıqlar gedir. Bununla belə bu ilin oktyabr ayında 7 siyasi partiyanın imzası ilə birləşmənin elan ediləcəyi gözlənilir, ancaq birləşəcək siyasi təşkilatların sayı 20-dən çox olacaq.

Yeni yaranacaq siyasi bloka Ermənistanda tanınmış siyasi xadimlər, bir sıra ictimai təşkilatlar və cəmiyyətlərin daxil olacağı gözlənilir.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu günlərdə verdiyi müsahibədə hakimiyyətin məsələsinin küçələrdə, növbədənkənar seçkilərdə həll olunacağını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR