Cəlilabadda dişini çəkdirmək istəyən qadın komaya düşüb

02-08-2019 [10:42]

Cəlilabad rayonunda dişini çəkdirmək istəyən qadın komaya düşüb. 

Məlumata görə, rayon sakini 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişin çəkdirmək üçün rayonda yerləşən stamatoloji məntəqələrdən birinə gedib.

Məntəqədə çalışan diş həkimi onun dişin keyitmək məqsədi ilə 3 iynə vurub. Qadının dişi çəkilən zaman o huşunu itirib. Daha sonra xəstə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini ağır kimi qiymətləndirirlər.  

Faktla bağlı araşdırma aparılır/Report.

 



SON XƏBƏRLƏR