Kərəm Həsənovla bağlı sərəncam verildi

01-08-2019 [20:31]

Bu gün Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri haqda sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında əmlak məsələləri sahəsində dövlət idarəetməsinin təşkilində səmərəli fəaliyyətinə görə Kərəm Əvəz oğlu Həsənov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, K.Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olub. Sabah onun 50 yaşə tamam olur.



SON XƏBƏRLƏR