Yevlaxda soyğunçuluqla məşğul olan keçmiş məhkum tutulub

img

01-08-2019 [18:16]


İyulun 29-da Yevlax şəhəri ərazisindəki bazarda rayon sakini A.Cəfərovaya məxsus içərisində 3360 manat və bankomat kartları olan pul kisəsini soyğunçuluq yolu ilə oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Məmmədov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a vrilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR