Qubada toy karvanı qəzaya düşüb, 6 nəfər xəsarət alıb

img

01-08-2019 [15:35]


Quba rayonunda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. 

Şadlıq sarayına gedən toy karvanının önündə gedən "Niva" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər qadın olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR