Xaçmazda dənizdə batan gəncin meyiti tapılıb

img

01-08-2019 [13:49]


31.07.2019-cu il tarixində Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1992-ci il təvəllüdlü Əkbərov Pənah Bəhram oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mia.az-a bildirilib ki, P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR