Bu həftə meteor yağışı olacaq, avqustun 11-dən 13-dək isə...

img

01-08-2019 [13:14]


Bu həftə "Perseid" meteor axını baş verəcək.

Mia.az "Report"a istinadla xəbər verir ki, səma şousu 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də öz pik zirvəsinə çatacaq.

Kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda "düşən ulduz” kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.

Qeyd edək ki, "Perseid" meteor yağışı hər il yayın sonuna qədər müşahidə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR