Bakıda 15 şagirdə qızıl və gümüş medal verildi

img

01-08-2019 [10:34]


Bakı məktəblərinin məzunları qızıl və gümüş medalla təltif olunublar.

Mia.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla xəbər verir ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i gümüş medala layiq görülüb.

Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, ümumilikdə respublika üzrə bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR