ABŞ İranın XİN başçısına sanksiya tətbiq etdi

img

01-08-2019 [10:14]


ABŞ İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib.

Mia.azTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək çinli nümayəndəsi deyib.

İranın XİN rəhbəri xüsusi kateqoriya üzrə şəxslər siyahısına daxil edilib.

Ağ ev rəsmisi onu da əlavə edib ki, ABŞ İranın XİN rəhbərini fəal dialoq aparılmasında tərəfdaş hesab etmir və danışıqların daha yüksəkvəzifəli şəxslə aparılmasını istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR