Ceyhun Bayramov lisey, məktəb-lisey və gimnaziyalarla bağlı əmr imzaladı

31-07-2019 [15:36]
Təhsil naziri Ceyhun Bayramov "Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb.

Mia.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, əmrə əsasən, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib.

Əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.


SON XƏBƏRLƏR