DİM abituriyentlərə müraciət etdi

31-07-2019 [15:18]

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin "Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.

DİM-dən Mia.az-a verilən məlumata görə, abituriyentlər bu il iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə biləcəklər.

Xidmətə keçid "Şəxsi kabinet”tin "Elektron xidmətlər” bölməsində yerləşdirilib.



SON XƏBƏRLƏR