Bakının bu ərazilərində qaz olmayacaq - "Azəriqaz"dan xəbərdarlıq

31-07-2019 [10:00]
Bu gün saat 11:00-dan 13:00-a qədər qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlı Bakının Sabunçu rayonunda bir qrup abunəçinin təbii qazla təchizatı dayandırılacaq. 

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bundan başqa, sazlama işləri ilə bağlı saat 11.00-dan Bakının Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Qaradağ rayonunun Ələt qəsəbəsində bir qrup sakinin qazı kəsiləcək. 


SON XƏBƏRLƏR