Bakıda məhbus özünü kameranın nəfəsliyindən asıb

30-07-2019 [17:20]
Bakıda məhbus intihar edib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Orada Cinayət Məcəlləsinin 177 (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cəza çəkən 42 yaşlı Nadir Nuriyev özünü kameranın nəfəsliyindən parça ilə asaraq intihar edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR