Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib

30-07-2019 [15:17]

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin "Manqistau” raket-artilleriya gəmisi iyulun 30-də Bakıya gəlib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində baş tutacaq "Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.



SON XƏBƏRLƏR