İranın sabiq vitse-prezidenti edama məhkum edilib

img

30-07-2019 [15:11]


Tehranın sabiq meri, İranın sabiq vitse-prezidenti Məhəmməd Əli Nəcəfi həyat yoldaşını qətlə yetirdiyinə görə edama məhkum edilib.

"Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın Ədliyyə Nazirliyinin sözçüsü Qulam Hüseyn İsmaili bildirib.

Qeyd edək ki, M.Ə.Nəcəfinin həyat yoldaşı may ayının sonunda Tehranın dəbdəbəli məhəlləsindəki evində güllələnmişdi. Hadisədən sonra könüllü təslim olan sabiq mer törətdiyi əməli etiraf edərək səbəb kimi ailə məsələlərini göstərib.

2017-ci ilin avqustundan 2018-ci ilin aprel ayınadək Tehranın meri vəzifəsində çalışmış 67 yaşlı M.Nəcəfi bununla yanaşı, təhsil naziri (1989-1997), ali təhsil naziri (1981-1984) də işləyib. 80-ci illərdə Şərif Texnologiya Universitetinin riyaziyyat üzrə professoru olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR