Axtarışda olan 15 nəfər tutuldu - DİN-dən açıqlama

30-07-2019 [14:20]
Ötən gün törədilmiş 16 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildiriblər ki, axtarışda olduğuna görə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR