General Ermənistanla sərhədə getdi, döyüş vəziyyətini yoxladı

30-07-2019 [13:58]

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən "Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Mia.az  Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, E.Quliyev sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib.

Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə ke­çi­rilən xidməti müşavi­rədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.



SON XƏBƏRLƏR