Gürcüstanda YDM-lərdə dizelin keyfiyyəti ilə bağlı yoxlamalara başlanılıb

img

30-07-2019 [12:26]


Gürcüstanın yanacaqdoldurma məntəqələrində dizelin keyfiyyətinin yoxlanılmasına başlanılıb.

"Report”un yerli bürosu xəbər verir ki, yoxlamanı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti həyata keçirir.

Ölkə üzrə fəaliyyət göstərən YDM-lərdən 120 nümunə götürüləcək və dizel yanacağının tərkibində setan, sıxlıq, kükürd və yarımsiklli qoxulu karbohidratların həcmi müəyyən olunacaq. 

Deprtament əməkdaşları təftişi xəbərdarlıq etmədən aparacaq. Nümunələr beynəlxalq səviyyədə akkreditasiya olunmuş laboratoriya və Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosunda yoxlanılacaq. Araşdırma dizel yanacağının qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən edəcək. Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, standartlara uyğun olmayan benzin və dizel yanacağının ölkə ərazisinə tədarük olunmasına 8 000 lari cərimə tətbiq olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR