Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır

img

30-07-2019 [11:19]


Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

"Report” xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.

Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR