Hökumət işsizlərlə bağlı qərara dəyişiklik etdi

img

30-07-2019 [10:48]


Baş Nazir Novruz Məmmədov "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nı təsdiq edib.

Mia.az xəbər verir ki, qaydalar "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə” Prezidentin müfaviq Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Baş nazir həmçinin "İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarını ləğv edib. 

Bu Qərarda dəyişikliklər Prezidentin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR