Bakı və bir neçə rayonun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

img

30-07-2019 [10:26]


Bu gün saat 09.00-dan etibarən Bakının Qaradağ rayonunun Sanqaçal, Umbakı, Sahil və Əzimkənd qəsəbələrində, eləcə də Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy, Ucar və Ağsu rayonları, Xudat şəhərinin bəzi ərazilərindəı təbii qaz təchizatı dayandırılıb.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bu, aşkarlanan qaz sızmalarının ləğvi, bəzi yerlərdə qaz kəmərlərinin bir hissəsinin dəyişdirilməsi və payış-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Ağsu rayonunda tətbiq ediləcək qaz dayandırmaları isə zəlzələ vaxtı zədələnmiş, tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının mövcud qaz xətləri üzərinə birləşdirilməsi ilə bağlıdır.

Bundan başqa bu gün saat 09.00-dan işlər başa çatanadək qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində bəzi prospekt və küçələrdə də qaz təchizatı dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR