Afaq Bəşirqızı aktrisanın direktora qarşı iddiasına reaksiya verdi: "Bu, araşdırılmalıdır"

img

29-07-2019 [16:05]


"Yəqin ki, Şəbnəm Cəbrayılovanın dediyi sözlər aidiyyatı qurumlar tərəfindən araşdırılacaq. İnanıram ki, aktrisa yalan danışmır. Amma istənilən halda, araşdırılmalıdır. Əgər doğrudan da onun dedikləri haqlıdırsa, mən ona axıra qədər dəstək olacağam. Çünki haqqın tərəfindəyəm".

Mia.az bildirir ki, bu fikirləri "Ölkə.Az"-a açıqlamasında məşhur aktrisa, Xalq artisti Afaq Bəşirqızı gənc aktrisa Şəbnəm Cəbrayılovanın ona müraciəti barədə danışarkən səsləndirib. 

Sənətkar bildirib ki, teatr aləmində bu kimi hadisələrin baş verməsi, sənət adına yaxşı heç nə vəd etmir.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktrisası direktor İftixar Piriyevi məhkəməyə verəcəyini bildirib. Cəbrayılova hamiləliyinin pozulmasında direktorunu günahkar gördüyünü açıqlayıb. Qarşı tərəf isə aktrisanın səsləndirdiyi fikirləri təkzib edib. Daha sonra gənc aktrisa mətbuat vasitəsiylə Xalq artisti Afaq Bəşirqızına müraciət edərək ondan kömək istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR