Yevlaxda bir qrup sakin şikayət etdi, oğurluq edən şəxs saxlanıldı

img

29-07-2019 [15:54]


Yevlax rayonunda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, bir qrup Yevlax rayon sakini müxtəlif vaxtlarda Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən 3 ədəd samovar və qızıl əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Rahib Dünyamalı saxlanılıb. Onun 650 manat dəyərində samovar və 630 manat dəyərində qızıl əşyaları oğurlayaraq vətəndaşlara ziyan vurduğu müəyyən edilib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR