“Neftçi” - “Arsenal” oyununun biletləri neçəyə satılır?

img

29-07-2019 [14:27]


"Neftçi”nin Bakıda Rusiya "Arsenal”ına qarşı  avqustun 1-də "Bakcell Arena”da keçirəcəyi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Mia.az  kluba istinadla xəbər verir ki, hər gün saat saat 10:00-dan 21:00-dək qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri "Bakcell Arena” stadionunun kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək olar. 

Oyun günü biletlər yalnız "Bakcell Arena”nın kassalarında satılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR