Xəzərdə boğulan 2 yaşlı oğlanın meyiti tapıldı

29-07-2019 [13:49]
İyulun 28-də Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



SON XƏBƏRLƏR