Prezidentin ölümü barədə şaiyə yayan 3 nəfər həbs edildi

img

29-07-2019 [12:46]


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı şaiyə yaymaqda şübhəli bilinən azı 3 nəfər tutulub. 

"Xronika Turkmenistan” xəbər verir ki, saxlanılanların hamısı Türkmənistan vətəndaşlarıdır. 

Lakin onların adları açıqlanmayıb.

Türkmənistan polisi və təhlükəsizlik qurumları paytaxt Aşqabadda və bölgələrdə dövlət başçısı Q.Berdiməhəmmədovun səhhətinin ağır olması və ya ölümü haqqında yalan məlumatların yayılmasına qarşı mübarizə məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib. 

Qeyd edək ki, Q.Berdiməhəmmədovun ölümü ilə bağlı informasiya iyulun 20-də "You Tube”də yayılıb. İyulun 25-dək prezident ictimaiyyət arasında görünməyib. 

İyulun 25-də o, televiziyaya çıxıb. Prezidentin ölüm xəbərini hazırda İsveçdə yaşayan türkmən yazıçısı Akməhəmməd Velsaparov yayıb. Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev də bu barədə məlumat yaysa da bir gün sonra yanlışlığa görə üzr istəyib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR