Benzinlə dolu 17 vaqonda yanğın – Ermənistanda + VİDEO

29-07-2019 [10:22]

Ermənistan Lori vilayətində Tumanyan dərmiyol stansiyası yaxınlığında benzinlə dolu vaqonlarda yanğın başlayıb.

"Novosti Armeniya” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Yanğın 17 vaqonu əhatə edir.

Məlumata görə, hər çənin həcmi 50 tondur. 29 vaqondan 17-də bezin, 4-də taxıl, 1-də isə alüminium tikinti materialı var. Qalan vaqonlar boş olub. Qatar Ermənistanın Baqrataşen şəhərindən Gümrüyə doğru hərəkət edirmiş.

Hadisə lokomotivin relsdən çıxması nəticəsndə baş verib. Qəza yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

 


SON XƏBƏRLƏR