İsrail "Xes-3"ü sınaqdan çıxardı - Alyaskada

28-07-2019 [17:32]
İsrail Müdafiə Nazirliyi Alyaskada "Xes-3" raket əleyhinə sistemin müvəffəqiyyətli sınaqlarını keçirib.

Bu barədə İsrail Müdafiə Nazirliyinə istinadən The Times of Israel bildirib.

"Xes-3" atmosferdən kənarda, əvvəl görmədiyimiz yüksəklik və sürətlərdə ballistik raketləri müvəffəqiyyətlə yaxaladı", - İsrailin baş naziri Binyamin Netanyaxu bildirdi.

"Xes-3" raket əleyhinə müdafiə kompleksi böyük yüksəkliklərdə və atmosferdən kənarda hədəflərin ələ keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edilir ki, sınaqlar ABŞ-ın Raket əleyhinə müdafiə agentliyi ilə birgə İsrailin Müdafiə Nazirliyi tərəfindən keçirilirdi.


SON XƏBƏRLƏR