Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

img

28-07-2019 [17:14]


Gürcüstanın Axalkalaki rayonunda Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs "İnterpol”un "qırmızı xətti” ilə axtarışda olub. Azərbaycan vətəndaşı qəsdən qətl törətməkdə şübhəli bilinir. O, 2015-ci ildən axtarışda olub.

Saxlanılan şəxsin Azərbaycana ekstradisiya olunması istiqamətində ilkin tədbirlər həyata keçirilir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR