Avropa İttifaqı Moskvada həbslərlə bağlı bəyanat yaydı

img

28-07-2019 [16:59]


Avropa İttifaqı, 27 iyul Rusiyanın paytaxtı Moskvanın mərkəzində keçirilən razılaşdırılmamış aksiya zamanı etirazçılarının saxlanılmasını "söz və yığıncaq azadlığının pozuntusu" kimi dəyələndirdi.

Rusiya KİV-ləri xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiçin bəyanatında deyilir.

"Biz gözləyirik ki, Rusiya Federasiyasının hakimiyyəti qarşıdakı yerli seçkilərin (2019-cu ilin sentyabrında) keçirilməsi vaxtı ATƏT və başqa beynəlxalq qurumlar qarşısındakı öhdəliklərinə hörmətlə yanaşacaq", - bəyanatda deyilir.

Daha əvvəl RF Daxili İşlər Nazirliyində bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1000-dən çox insan saxladılar.

Həmçinin bildirildi ki, razılaşdırılmamış aksiyada 3,5 min insan iştirak edib, həmçinin onların arasında təxminən 700 nəfər KİV-nin əməkdaşı və blogerlər olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR