Tibb klinikasındakı rüsvayçı reklama həkimdən maraqlı reaksiya: "O xanımı tanımıram" - VİDEO

28-07-2019 [16:34]
Bakıda fəaliyyət göstərən "Turan” klinikasının cərrah-floboloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video birmənalı qarşılanmayıb.

Mia.az buna səbəb pasient qismində çıxış edən xanımın müayinə masası üzərinə çıxmasıdır.

Daha sonra xanım həkimi tərifləyən zaman donunu yuxarı qaldırır və açıq-saçıq mənzərə yaradır. 

Məsələ ilə bağlı qafqazinfo-ya açıqlama verən cərrah İlham Məmmədov bunu sıradan bir müayinə adlandırıb:

"Video aşağı ətrafların dopler müayinəsi zamanı çəkilib. Sadəcə, sıradan bir müayinədir. Orada başqa heç nə yoxdur. Açığı, o videonu öz səhifəmdə paylaşmamışam. Videonu xanım paylaşmışdı, yersiz müzakirələrə səbəb olduğu üçün də sildi.

 Müayinə zamanı kim istəyir video çəkir. Həmin videonu da xanımın köməkçisi çəkmişdi. Xanımı tanımıram. Hər gəlib dopler müayinəsi keçənlərdən də anket doldurmuram”..

Sözügedən videonu təqdim edirik:
 
]


SON XƏBƏRLƏR