Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

28-07-2019 [12:42]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacağı gözlənilir. 

Mia.az ETSN-ə istinadla bildirir ki, havanın temperaturu  gecə 22-25°, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz  31-33°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-55 %  olacaq.   

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti 

Şimal-qərb  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında 

Bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Dağlıq ərazilərdə leysan xarakterli olacağı,  dolu düşəcəyi ehtimalı var.  Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-25° isti, gündüz  32-37° isti, dağlarda gecə 12-17° isti,  gündüz  19-24°  isti təşkil edəcək.


SON XƏBƏRLƏR