30 minlik NATO əsgərləri Gürcüstanda: 13 günlük geniş təlimin məqsədi nədir?

img

27-07-2019 [16:17]


Gürcüstanda NATO-nun "Çevik ruh 2019” çoxmillətli hərbi təlimi başlayıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Gürcüstanla yanaşı, Bolqarıstan, Belçika, Böyük Britaniya, ABŞ, Yunanıstan, Latviya, Litva, Monteneqro, Rumıniya, Polşa, Norveç, Türkiyə və Ukraynadan olan 3 000-dən çox hərbçi iştirak edir.

Avqustun 9-na qədər davam edəcək təlim 3 məkanda keçiriləcək.

Təlimin keçirilməsində məqsəd iştirakçı ölkələr arasında funksional uyğunluğun gücləndirilməsi, çoxmillətli mühitdə əməliyyatların planlaşdırılması və həyata keçirilməsi imkanlarının artırılması və Qara dəniz regionunda sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməkdir.

Qeyd edək ki, NATO-nun "Çevik ruh” təlimi Gücüstanda 2011-ci ildən etibarən keçirilir. Bu təlimlər Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığının komponentlərindən biridir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR