Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu

27-07-2019 [13:45]
İyulun 28-də Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 29-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Abşeron çimərliklərində şimal küləyi əsəcək.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 28-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-17° isti, gündüz 19-24° isti təşkil edəcək.


SON XƏBƏRLƏR