Ermənistan cəbhədə növbəti təxribat törətdi - Düşmən snayperinin atəş nöqtəsi susdurulub

img

27-07-2019 [13:38]


Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib. 

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa­mətdə hərəkətdə olan "Ka­maz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəyib: "Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azər­bay­can-Ermənistan dövlət sər­­hə­dində tə­mas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR