Tramp Fransanı sanksiya ilə hədələdi

img

26-07-2019 [23:36]


ABŞ hökuməti yaxın vaxtlarda Parisin Amerika şirkətlərinə qarşı "rəqəmsal vergi" tətbiq etməsi ilə əlaqədar cavab tədbirləri görəcək ki, bu da çox güman ki, Fransanın şərabçılıq sahəsinə aid olacaq.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, "Fransa yenicə Amerikanın gözəl texnologiya şirkətləri"nə qarşı rəqəmsal vergi tətbiq edib.

"Onlara qarşı vergi tətbiq etmək lazım gələrsə, bunu onların doğma ölkəsi ABŞ edə bilər. Biz tezliklə Makronun ehtiyatsızlığı ilə əlaqədar əhəmiyyətli cavab tədbirlərini elan edəcəyik", - deyə Tramp yazıb.

"Mən həmişə demişəm ki, Amerika şərabı Fransanın şərabından yaxşıdır", - deyə prezident sanksiyaların hansı sahəyə aid olacağına işarə edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR