Nazirik “Oazis” restoranı ilə bacarmır – VİDEO

img

26-07-2019 [18:20]


Ekologiya və Təbii Sərvətlər nazirliyi ekologiyaya normadan artıq tullantılar buraxdığı üçün vaxtaşırı restoranları cərimələyir. 

Lakin bəzi restoranlar bu cərimələri ödəsələr də bu əməllərinə son vermirlər.

Bizimyol.info xəbər verir ki, bir neçə dəfə cərimələnməsinə baxmayaraq "Oazis” şadlıq sarayı yenə də ekologiyanı çirkləndirməkdə davam edir. Belə ki, bugünlərdə adıçəkilən restoranın havaya buraxdığı tüstünü özündə əks etdirən görüntü yayılıb.

Bizimyol.info-ya Ekologiya və Təbii Sərvətlər nazirliyindən daxil olan məlumata görə, sözügedən görüntüyə görə artıq ərazidə manitorinq işlərinə başlanılıb. Görülən tədbirlə bağlı mətbuata məlumat veriləcəyi bildirilir.

Restoran isə mətbuata açıqlamasında mütəmadi hava filtirlərini dəyişdiyini, nazirlik əməkdaşlarının isə vaxtaşırı restorana baxış keçirdiyini bildirib.

Həmin görüntüləri oxucularımıza təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR