Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

26-07-2019 [18:02]
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, müsabiqədə DİN-in Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan verən, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 27, 29, 30 və 31-də DİN-in Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.


SON XƏBƏRLƏR