Xəzərdə batan İran gəmisinin 9 heyət üzvü xilas edilib - DSX açıqlama yaydı

26-07-2019 [16:19]
Bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

DSX-nin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən "Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gön­də­ril­ib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlamış, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.


SON XƏBƏRLƏR