Əbülfəs Qarayev camaatla görüşdü

26-07-2019 [14:44]

Mədəniyyət naziri Əbülfəs Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, Ə.Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə təşkil olunmuş əl işləri və xalq sənətkarlıq nümunələrindən ibarət sərgi ilə tanış olduqdan sonra vətəndaşları dinləyib.

Quba və Qusar rayonlarından qəbulda iştirak edən vətəndaşlar tərəfindən Gültəpə kəndində olan Baba Məhəmməd türbəsinin təmir olunması, Qusar Dövlət Ləzgi Dram Teatrının bina şəraitinin yaxşılaşdırılması, I Nügədi məscidinin bərpası, Quba Heydər Əliyev Mərkəzinin nazirliyin balansına verilməsi, Həzrə kəndindəki Şeyx Cüneyd məqbərəsinin bərpası ilə bağlı müraciət ediblər. Həmçinin Quba rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin Xalq teatrına çevrilməsi və kollektivə milli geyimlərin verilməsi, Qırmızı qəsəbədə dağ yəhudilərinin muzeyi, habelə əməyin qiymətləndirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.



SON XƏBƏRLƏR