Gürcüstanda pulyumada ittiham olunan bankirlərdən 1 milyon girov tələb olunur

img

26-07-2019 [13:50]


Gürcüstanda pulyumada ittiham olunan "TBC Bank"ın təsisçiləri Mamuka Xazaradze və Badri Caparidzedən bir milyon lari (340 179 dollar) girov tələb olunur.

"Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş Prokurorluğu məhkəməyə müraciət edib.

Bankirlər barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsində saat 16:00-da iclas keçiriləcək.

Qeyd edək ki, M.Xazaradze və B.Caparidzeyə qarşı iyulun 24-də 16 754 000 dolların qanunsuz leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR