Şeyx Əbdüllə Ramiz Fətəliyev mükafatlandırıldı - Açıqlama

26-07-2019 [13:15]

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı” sahiblərinin adını açıqlayıb.

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.



SON XƏBƏRLƏR