Kürdəmirdə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb

img

26-07-2019 [12:12]


Kürdəmir rayonunda biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Muradxan kəndində 2 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğı söndürülüb və  digər ərazilərə keçməsinin qarşısı alınıb.Faktla bağlı  araşdırmalara başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR