26-07-2019 [12:12]
Kürdəmir rayonunda biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Muradxan kəndində 2 hektar ərazidə biçilmiş taxıl sahəsi yanıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğı söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.Faktla bağlı araşdırmalara başlanılıb.