DSX 19 kq narkotik aşkarladı, saxlanılanlar var

img

26-07-2019 [11:23]


Dövlət Sərhəd Xidmətinin (DSX) nar­kotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdiyi sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. 

DSX-nın Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində qaçaqmalçılar tərə­findən dövlət sərhədindən nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb. 

Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həm­çinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.

DSX-nin Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölmə­si­nin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hə­rə­­kətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmə­lə­rinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşya­larına baxış keçirib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub.

Saxlanılmış şəxs­lərin şəxsiyyəti dəqiqləşdirilmiş, Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub